• $
  • €
  • ₽
  • ₺
  • £

Nabranda ayağı qopan İmran Cəfərzadədən yeni xəbər

Nabranda ayağı qopan İmran Cəfərzadədən yeni xəbər
07.01.2014 16:34
Ötən ilin yayında Nabrandakı istirahət mərkəzindəki hovuzda üzərkən su nasosunun sovurması nəticəsində ayağı qopan 4 yaşlı İmran Cəfərzadənin müalicəsinin reabilitasiya mərhələsinə başlanılıb. İmranın xalası Əzizə Baxşəliyevanın ANS PRESS-ə verdiyi məlumata görə, müalicənin reablitasiya mərhələsi üçün İmranı Almaniyanın Berlin şəhərindən Drezdenə aparıblar: “Reablitasiya kursu bir az vaxt apamalıdır. İmaran hələ ki, reablitasiya kursu keçir. Axırıncı əməliyyatdan sonra müalicəni Drezden şəhərində davam edir".Ə.Baxşəliyevanın sözlərinə görə, həkimlər balaca İmaranın orqanizminin reablitasiya kursuna necə cavab verəcəyini gözləyirlər: “Həkimlərin təyin etdikləri plan əsasında reablitasiya prossesi gedir. Hər şey reablitasiyanın gedişindən aslıdır.”Xalası hələlik ona protez ayaq qoyulmadığını deyib. Onun sözlərinə görə, reablitasiyanın müəyyən mərhələsində İmranın ayağına protez qoyacaqlar. Hələ müalicə o mərhələyə çatdırılmayıb.Azərbaycanın Almaniyadakı səfirliyindən ANS PRESS-ə verilən məlumata görə, İmran Cəfərzadənin vəziyyəti normaldır və müalicəsi əvvəlki qaydada davam edir. Qeyd edək ki iyulun 21-də Xaçmaz rayonunda yerləşən “Nabran Holiday Village” akvaparkının hovuzunda çimərkən 3 yaşlı İmran Cəfərzadə işə düşən və üzəri açıq olan su nasosuna sovrulub. Nəticədə körpənin bir ayağı qopub, digərində isə ciddi zədələr meydana gəlib. Hazırda İmran Cəfərzadənin müalicəsi prezidentinin xüsusi göstərişi ilə Almaniyada davam etdirir.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol