Bu ərazidə işıq olmayacaq

Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən 35/6 kV-luq 459 saylı yarımstansiyada təmir-təftiş işlərinin aparılması ilə əlaqədar iyunun 19-da bəzi ərazilərdə elektrik xətləri sifarişə əsasən açılacaq. Bu barədə “Azərişıq” ASC-dən bildirilib.
Bununla əlaqədar olaraq saat 03:00-dan saat 06:00-dək Mərdəkan və Şüvəlan qəsəbələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Yenidənqurma işləri başa çatdıqdan sonra sözügedən küçələr daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.