Şimali Makedoniya ilə viza rejimi ləğv olunmalıdır - deputatdan təklif

Deputat Aydın Mirzəzadə Azərbaycanla Şimali Makedoniya vətəndaşları arasında viza rejimin ləğv olunmasını təklif edir. Bu barədə deputat iyunun 21-də Milli Məclisdə çıxışı zamanı bildirib.
"Azərbaycanla bu ölkə arasında viza reimi ləğv olunsun. Şimali Mkaedoniya bir sıra ölkələrinin turistləri üçün viza rejimi verilir. Xarici İşlər Nazirliyi Şimali Mkedoniya ilə bu istiqamətdə işləməlidir", - deputat deyib.
İyunun 21-də Milli Məclisin qəbul etdiyi qanun Azərbaycan və Şimali Makedoniya diplomatik və xidməti/rəsmi pasport sahiblərini qarşılıqlı olaraq viza tələbindən azad edir.
Gülnar Nazimqızı
Son xəbərlər
Daha çox 