• $
  • €
  • ₽
  • ₺
  • £

İtaliya və Çin vətəndaşları İrandan Azərbaycan vasitəsilə təxliyə olunub

İtaliya və Çin vətəndaşları İrandan Azərbaycan vasitəsilə təxliyə olunub
21.06.2025 16:00

İrandan təxliyə olunan təxminən 60 İtaliya vətəndaşı Azərbaycan ərazisindən – Astaradakı sərhəd keçid məntəqəsi vasitəsilə çıxarılıb. Bu barədə İtaliyanın Xarici İşlər Nazirliyi məlumat verib. 

Nazirliyin məlumatına görə, təxliyə iki mərhələdə həyata keçirilib. İkinci mərhələdə 24 nəfər səhər saatlarında Tehrandan yola düşüb və bu prosesdə İtaliyanın İrandakı səfirliyi dəstək göstərib.

Onlar Astara sərhədində İtaliyanın Bakıda yerləşən səfirliyinin əməkdaşları tərəfindən qarşılanıb və daha sonra Azərbaycandan İtaliyaya yaxın reyslərlə qayıtmaq üçün Bakıya yola salınıblar.

Birinci mərhələ çərçivəsində daha 34 İtaliya vətəndaşı uğurla təxliyə olunub.

Çinin dövlət mediası isə xəbər verib ki, İrandan 740-dan çox Çin vətəndaşı da Azərbaycan vasitəsilə təxliyə olunub.

Çinin Azərbaycandakı səfirliyinin məlumatına görə, həmin şəxslər Bakıda otellərə yerləşdirilib və geri qayıtmaq üçün bilet təmin olunub. Çin vətəndaşlarının təxliyəsi davam edir.

N.Təbrizli

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol