DTX tərəfindən saxlanılan Qaxın sabiq icra başçısı həbs olunub

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Qax Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat nəticəsində saxlanılan icra başçısı Musa Şəkiliyev barəsində həbs qətimkan tədbirin seçilməsi üçün məhkəməyə təqdimat daxil olub.
Bu gün Səbail Rayon Məhkəməsində keçirilən prosesdə istintaq orqanının təqdimatına baxılıb.
Musa Şəkiliyev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Musa Şəkiliyev ötən gün DTX-nin əməliyyatı zamanı tutulub. O, qulluq mövqeyindən istifadə etməklə xüsusilə külli miqdarda dövlət əmlakını mənimsəmə cinayətində ittiham olunur.