• $ 1.7
  • € 1.9849
  • ₽ 0.02178
  • ₺ 0.0423
  • £ 2.2834

Ceyhun Bayramov indoneziyalı həmkarı ilə görüşüb - Yenilənib

Ceyhun Bayramov indoneziyalı həmkarı ilə görüşüb - Yenilənib
21.06.2025 20:54

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov indoneziyalı həmkarı Suqiono ilə görüşüb.Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabındakı paylaşımında deyilir.

Tərəflər İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının İstanbul şəhərində keçirilən 51-ci sessiyası çərçivəsində bir araya gəliblər.

Nazirlər İsrail və İran arasında mövcud eskalasiyanı müzakirə edib və narahatlıqlarını ifadə ediblər.İndoneziya tərəfi vətəndaşlarının İrandan təxliyəsinin asanlaşdırılmasına görə Azərbaycana minnətdarlığını bildirib.

Azərbaycan ilə İndoneziya arasında bir sıra sektorlar üzrə, xüsusilə də iqtisadiyyat, nəqliyyat və turizm sahələrində ikitərəfli əlaqələrin möhkəmləndirilməsinin əhəmiyyəti vurğulanıb.

BMT, İƏT, Qoşulmama Təşkilatı, D-8 və digər qlobal və regional təşkilatlar çərçivəsində əməkdaşlığın dərinləşdirilməsinin vacibliyi qeyd edilib.

Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər.

 

20:30

 

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Suriyanın xarici işlər naziri Əsəd əl-Şeybani ilə görüşüb.Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında paylaşım edilib.

Tərəflər İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının İstanbul şəhərində keçirilən 51-ci sessiyası çərçivəsində bir araya gəliblər.

Müzakirələr zamanı nazirlər həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlığın genişləndirilməsi ilə bağlı hərtərəfli fikir mübadiləsi aparıb,humanitar yardım təşəbbüslərinin gücləndirilməsinə və münaqişədən sonra bərpa səylərində əməkdaşlıq imkanlarının araşdırılmasına xüsusi diqqət yetiriblər.

Suriyaya qarşı tətbiq edilən birtərəfli sanksiyaların aradan qaldırılmasının ölkənin yenidən qurulması və uzunmüddətli inkişafının asanlaşdırılmasında mühüm rol oynayacağı vurğulanıb.

Nazirlər, həmçinin Yaxın Şərqdə baş verən hadisələrə, İsrail və İran arasında son eskalasiyaya diqqət yetirməklə, regional və beynəlxalq təhlükəsizlik məsələlərinə toxunublar.

Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov “Sea Breeze”də olublar
Siyasət 20:18
İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov “Sea Breeze”də olublar
PaşinyanƏbu-Dabi görüşünü yüksək qiymətləndirib
Siyasət 17:38
PaşinyanƏbu-Dabi görüşünü yüksək qiymətləndirib
Türkmənistan Xalq Məsləhətinin sədri Milli Məclisdə səfərdə olub
Siyasət 17:19
Türkmənistan Xalq Məsləhətinin sədri Milli Məclisdə səfərdə olub
Azərbaycanda ədliyyə orqanları üçün xüsusi xəzinə hesabı yaradılır
Siyasət 16:35
Azərbaycanda ədliyyə orqanları üçün xüsusi xəzinə hesabı yaradılır
Ermənistan, Rusiya və Azərbaycan arasınd işçi qrupu fəaliyyət göstərmir
Siyasət 13:16
Ermənistan, Rusiya və Azərbaycan arasınd işçi qrupu fəaliyyət göstərmir
Sülh danışıqları başa çatıb - Paşinyan
Siyasət 12:37
Sülh danışıqları başa çatıb - Paşinyan
Azərbaycan və Türkmənistan liderləri ikitərəfli əlaqələrin genişləndirilməsini müzakirə ediblər
Siyasət 12:13
Azərbaycan və Türkmənistan liderləri ikitərəfli əlaqələrin genişləndirilməsini müzakirə ediblər
Qurbanqulu Berdiməhəmmədov Azərbaycana səfərə gəlib
Siyasət 10:32
Qurbanqulu Berdiməhəmmədov Azərbaycana səfərə gəlib
Azərbaycan və Çin arasında viza rejimi bu gündən ləğv edildi
Siyasət 08:48
Azərbaycan və Çin arasında viza rejimi bu gündən ləğv edildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol