Daha bir tiktoker ev dustaqlığına buraxılıb

“TikTok” əməliyyatı zamanı saxlanılan daha bir nəfər ev dustaqlığına buraxılıb.
Tiktoker Rövşən Təhməzovun barəsində olan həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətə baxılıb. Nərimanov Rayon Məhkəməsi vəsatətin təmin edilməsi ilə bağlı qərar qəbul edib.
Rövşən Təhməzov barəsində olan həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəzlənib.
Ötən ilin dekabr ayında DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində tiktoker, aparıcı Azər Zahid və digər şəxslərə qarşı cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma, internetdə onlayn qumar oyunları təşkil etmə maddələri ilə cinayət işi başlanıb.