Bu qədər ərazi minadan təmizlənib

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən iyunun 17-dən 22-dək işğaldan azad olunmuş ərazilərdə 34 piyada əlehinə, 29 tank əlehinə mina və 1445 partlamamış hərbi sursat aşkarlanıb. Bu barədə agentliyin son məlumatlarına qeyd olunub.
Ümumilikdə bu dövr ərzində 1420.9 hektar mina təmizlənib.
2020-ci ilin noyabrından Azərbaycan ərazisindən 81 min 386 hektar ərazi minalardan təmizlənib.
Son 32 ayda 302 Azərbaycan vətəndaşı minaların və digər partlayıcı qalıqların qurbanı olub. Onlardan 57-si dünyasını dəyişib, 245 nəfər isə yaralanıb .
2023-cü ilin dörd ayında işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) tərəfindən 3 878 ədəd mina və partlamamış hərbi sursat aşkarlanıb.
Bu ilin martın 17-də baş nazir Əli Əsədov Milli Məclisdə hökumətin hesabatında çıxışında bildirilib ki, hazırda Qarabağda minaların təmizlənməsinə 4 özəl şirkət də cəlb olunub. Bundan əlavə, ANAMA ilə birgə Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti də ərazilərin təmizlənməsində iştirak edir.
Gülnar Nazimqızı