Bakıda kanalizasiyaya düşən gəncin meyiti tapılıb - Yenilənib

Bakının Binəqədi rayonu, "Baksol yolu" adlanan ərazidə kanalizasiyaya düşən gəncin meyiti tapılıb.
“Report”un məlumatına görə, onun meyiti Hövsan qəsəbəsinin ərazisində aşkar olunub.
Hadisə iyunun 26-da baş verib, 27 yaşlı Cümşüd Cümşüdlü ərazidən keçərkən yolda çökmə baş verib və o, kanalizasiya kollektoruna düşüb.
***
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Baksol yolu adlanan ərazidə 1 nəfərin quyuya düşərək köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.
Əlavə məlumat veriləcək.
Son xəbərlər
Daha çox 