• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiyadan azərbaycanlılara qarşı keçirilən əməliyyatla bağlı - Açıqlama

Rusiyadan azərbaycanlılara qarşı keçirilən əməliyyatla bağlı - Açıqlama
28.06.2025 12:14

Rusiya Federasiyasının regional İstintaq Komitəsi və Rusiya Daxili İşlər Nazirliyinin Sverdlovsk vilayəti üzrə Baş İdarəsi Yekaterinburqda azərbaycanlılara qarşı keçirilən əməliyyat barədə birgə məlumat yayıb.

Məlumatda deyilir:

“İstintaq Komitəsinin və Daxili İşlər Nazirliyinin regional Baş İdarəsinin əməkdaşları ilə birgə, Rusiya Qvardiyasının Xüsusi Çevik Hücum Dəstəsinin (SOBR) dəstəyi ilə ötən illərdə törədilmiş cinayətlər üzrə cinayət işlərinin istintaqı çərçivəsində bir sıra tədbirlər həyata keçirilib. Keçirilən tədbirlər zamanı Yekaterinburq ərazisində əvvəlki illərdə baş vermiş cinayətlərin törədilməsində şübhəli bilinən bir sıra şəxslər saxlanılıb, həmçinin həmin şəxslərin yaşadıqları ünvanlarda axtarışlar aparılıb. Saxlanılan şəxslərin bu və digər cinayətlərdə iştirakları yoxlanılır. İstintaqın məxfiliyi ilə bağlı bu mərhələdə daha ətraflı məlumat açıqlanmır”.

Rusiyanın Yekaterinburq şəhərində OMON dəstəsi Ziyəddin və Hüseyn Səfərovların evinə basqın edib. Nəticədə hər iki şəxs və onların əmisi oğlu Kamal Qədiməli oğlu Səfərov öldürülüb.

Azərbaycan XİN də Yekaterinburq şəhərində azərbaycanlılara qarşı edilən hücumlarla bağlı bəyanat yayıb.

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol