Bakıda baş vermiş intiharla bağlı rəsmi məlumat yayıldı

Daxili İşlər Nazirliyi (DİN) yanvarın 5-də Bakıda baş vermiş intihar hadisəsi barədə məlumat yayıb.
ANN.Az-ın Daxili İşlər Nazirliyinin saytına əsasən, Sabunçu rayonu Heydər Əliyev prospektindəki körpüdən 25-30 yaşlı kişi özünü ataraq intihar edib. Aparılan araşdırma zamanı onun Bakı şəhər sakini, ruhi xəstə Rəfayel Hümbətov olması müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.
ANN.Az
























