• $
  • €
  • ₽
  • ₺
  • £

Rüfət Səfərovun məhkəməsi başlayıb – vəsatət rədd edilib

Rüfət Səfərovun məhkəməsi başlayıb – vəsatət rədd edilib
30.06.2025 14:00

30 iyun tarixində Bakı Ağır Cinayətlər Məhkəməsində hüquq müdafiəçisi Rüfət Səfərovun işi üzrə hazırlıq iclası keçirilib.

Prosesə hakim Aygün Qurbanova sədrlik edib.

Məhkəmə zamanı vəkil Elçin Sadıqovun müvəkkilinin yanında əyləşməsi ilə bağlı vəsatəti təmin olunub.

Səfərov çıxışında özünü “siyasi məhbus” adlandırıb və hüquq müdafiə fəaliyyəti səbəbilə həbs olunduğunu bildirib.

“ "Hüquq müdafiəçi kimi hüquqları pozulan, inzibati və cinayət həbs olunanların işini monitorinq edib, yerli və beynəlxalq ictimaiyyətin nəzərinə çatdırırdım. Məni isə xuliqan və dələduz kimi həbs ediblər. Öz çıxışlarımda təhqirdən istifadə etmədiyim halda məni vurmaq üçün Parkinson xəstəliyi olan atamın səsini yaydılar,” – deyə Səfərov bildirib.

O, siyasi iddiası olmadığını, fəaliyyətinin ictimai əsaslarla həyata keçirildiyini vurğulayıb.

Vəkil Rüfət Səfərovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatət verib, lakin məhkəmə bu vəsatəti təmin etməyib. Növbəti məhkəmə iclası 14 iyula təyin olunub.

Rüfət Səfərov 2023-cü il dekabrın 3-də saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq), 127.2.3 (qəsdən sağlamlığa az ağır zərər vurma) və 178.3.2 (külli miqdarda ziyanla dələduzluq) maddələri ilə ittiham irəli sürülüb. Səfərov özünü təqsirli bilmir.

Tatyana Kryuçkina

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gəncədə 15 yaşlı yeniyetmə binanın 5-ci mərtəbəsindən yıxılıb
Cəmiyyət 14:49
Gəncədə 15 yaşlı yeniyetmə binanın 5-ci mərtəbəsindən yıxılıb
Sabah yağış intensivləşəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 14:04
Sabah yağış intensivləşəcək - XƏBƏRDARLIQ
Sabahın hava proqnozu
Cəmiyyət 12:52
Sabahın hava proqnozu
Sumqayıtda avtomobil yanıb
Cəmiyyət 11:32
Sumqayıtda avtomobil yanıb
Qubada avtomobil aşıb, ölən və yaralılar var
Cəmiyyət 09:17
Qubada avtomobil aşıb, ölən və yaralılar var
Gəncədə avtomobil yanıb
Cəmiyyət 19:33
Gəncədə avtomobil yanıb
Cəlilabadda fərdi yaşayış evi yanıb
Cəmiyyət 17:43
Cəlilabadda fərdi yaşayış evi yanıb
Mərdəkan şossesində qəza olub, yolda sıxlıq yaranıb
Cəmiyyət 16:12
Mərdəkan şossesində qəza olub, yolda sıxlıq yaranıb
Güclü külək Bakıda fəsadlar törədib
Cəmiyyət 14:05
Güclü külək Bakıda fəsadlar törədib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol