Bayram günlərində bölgələrə səfər edən sərnişinlərin sayı açıqlanıb

İyunun 26-29-u tarixlərində Bakı Beynəlxalq Avtovağzal Kompleksindən bölgələrə 1249 reys həyata keçirilib, 27510 sərnişin mənzil başına çatdırılıb.Bu barədə Yerüstü Nəqliyyat Agentliyindən məlumat veeilib.
Bildirilib ki, adi günlərlə müqayisədə sərnişin tələbatını qarşılamaq üçün əlavə olaraq 150-yə yaxın reys həyata keçirilib.
Bu müddət ərzində regionların avtovağzal və avtostansiyalarından müxtəlif istiqamətlərə 3144 reyslə 32062 sərnişin daşınıb.
Şəhərlərarası və rayonlararası marşrutlar üzrə sərnişin daşımalarının fasiləsiz və qrafiklərə uyğun həyata keçirilməsinə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən nəzarət olunub.
Biletlər avtovağzalların kassalarından və “biletim.az” portalı vasitəsilə onlayn qaydada sərnişinlərə təqdim edilib. Sərnişinlərin 30%-i biletlərini onlayn qaydada “biletim.az” portalından əldə edib.
Bakıdan bölgələrə və əks istiqamətdə daşınan sərnişinlərin tələbatı tam qarşılanıb.