Yekaterinburqda öldürülən iki qardaşın cənazəsi dəfn olunacaq

Rusiyanın Yekaterinburq şəhərində təhlükəsizlik əməliyyatı zamanı öldürülən Ziyəddin və Hüseyn Səfərovun cənazəsi bu gün səhər saatlarında dəfn üçün Ağcabədiyə gətirilib, yerli media xəbər verir.
FSB-nin iyunun 27-də Yekaterinburqda azərbaycanlılara məxsus evlərə keçirdiyi əməliyyat zamanı Səfərov qardaşları öldürülüb, bir neçə nəfər saxlanılıb.
“Report” agentliyinə görə, qardaşlar Ağcabədi şəhərində keçiriləcək vida mərasimindən sonra valideynlərinin dəfn olunduğu Hacıbədəlli kənd qəbiristanlığında torpağa tapşırılacaqlar.