• $ 1.7
  • € 2.0001
  • ₽ 0.021587
  • ₺ 0.0426
  • £ 2.315

Mətbuatın 150 illiyi ilə bağlı jurnalistlər arasında intellektual yarış keçirilib

Mətbuatın 150 illiyi ilə bağlı jurnalistlər arasında intellektual yarış keçirilib
08.07.2025 10:45

Tədbirdə rəqabət qanunvericiliyi, keyfiyyət infrastrukturu, istehlakçı hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət sahələrinə dair praktiki izahlar verilib, iştirakçılar arasında interaktiv müzakirələr təşkil olunub.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən media mənsubları üçün “Mediada rəqabət” mövzusunda intellektual yarış keçirilib. Azərbaycan milli mətbuatının 150 illik yubileyinə həsr olunmuş maarifləndirici tədbirdə 40-a yaxın media nümayəndəsi iştirak edib.

Agentliyin fəaliyyət istiqamətlərinə dair nəzəri və praktiki biliklərin artırılması, müvafiq sahələr üzrə məlumatlılıq səviyyəsinin yüksəldilməsi məqsədilə təşkil olunan tədbirdə media təmsilçiləri ilə qarşılıqlı əməkdaşlıq əlaqələrinin gücləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Üç mərhələdən ibarət yarış qiymət intizamı, malın dəyişdirilməsi və qaytarılması qaydaları, haqsız rəqabət, reklam qanunvericiliyi, texniki tənzimləmə, standartlar, uyğunluğun qiymətləndirilməsi, hökmran mövqe və digər əlaqəli mövzularda yazılı və vizual tapşırıqları əhatə edib.

Tədbirin gedişatında Agentlik nümayəndələrindən ibarət ekspert qrupu tərəfindən iştirakçıların fəallığı və bilik səviyyəsi qiymətləndirilib, mövzular üzrə əlavə izahlar verilib.

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Diplomatik xidmət orqanları əməkdaşlarına diplomatik rütbələrverilib
Cəmiyyət 17:00
Diplomatik xidmət orqanları əməkdaşlarına diplomatik rütbələrverilib
Sabirabadın 6 kəndində qaz kəsiləcək
Cəmiyyət 16:37
Sabirabadın 6 kəndində qaz kəsiləcək
Bakı-Balakən qatarının hərəkət qrafiki dəyişib
Cəmiyyət 16:09
Bakı-Balakən qatarının hərəkət qrafiki dəyişib
Azərbaycanda suçiçəyinə yoluxma sayı artıb - RƏSMİ
Cəmiyyət 15:34
Azərbaycanda suçiçəyinə yoluxma sayı artıb - RƏSMİ
Azərbaycanın hava məkanında məhdudiyyətlərin tətbiqi qaydası müəyyənləşib
Cəmiyyət 15:17
Azərbaycanın hava məkanında məhdudiyyətlərin tətbiqi qaydası müəyyənləşib
Azərbaycanda “Hava məkanından istifadə və uçuş Qaydaları” təsdiqlənib
Cəmiyyət 14:20
Azərbaycanda “Hava məkanından istifadə və uçuş Qaydaları” təsdiqlənib
Məktəbi fərqlənmə attestatı ilə bitirən şagirdlərin sayı bilinib
Cəmiyyət 13:49
Məktəbi fərqlənmə attestatı ilə bitirən şagirdlərin sayı bilinib
Sabah bəzi yerlərə yağış yağacaq
Cəmiyyət 12:46
Sabah bəzi yerlərə yağış yağacaq
DTX Azərbaycanda mənzillərin videokamera görüntülərini ələ keçirirək yayan şəbəkəni ifşa edib
Cəmiyyət 12:45
DTX Azərbaycanda mənzillərin videokamera görüntülərini ələ keçirirək yayan şəbəkəni ifşa edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol