Abşeronda axtarışda olan 35 nəfər saxlanılıb

Abşeronda mülkiyyət əleyhinə və digər səbəblərdən axtarışda olan 35 nəfər saxlanılıb, "isti izlərlə" 27 cinayətin üstü açılıb.
Tədbirlər zamanı narkotik maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 9 fakt aşkarlanıb. Qanunsuz küçə ticarəti bağlı, avaralıq və dilənçiliklə bağlı 124, xırda xuliqanlıq və xırda talama hadisələri əlaqədar 68 fakt aşkarlanıb.
Həmçinin, Abşeron rayonunda aparılan profilaktik tədbirlərlə vətəndaşlarda olan bir neçə odlu silah, sursatlar könüllü polisə təhvil verilib.
Abşeron RPİ DYPŞ-nin əməkdaşlarının keçirdikləri tədbirlər zamanı spirtli içki və narkotikin təsiri altında avtomobil idarə edən 3, nəqliyyat vasitəsinin konstruksiyasında dəyişiklik edən 23, eləcə də dayanma-durma qaydalarını pozan sürücülər barəsində də inzibati tənbeh tədbirləri görülüb.
Son xəbərlər
Daha çox 