• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya 2 Azərbaycan şirkətinin məhsullarına qadağa qoyub - Şirkətdən açıqlama

Rusiya 2 Azərbaycan şirkətinin məhsullarına qadağa qoyub - Şirkətdən açıqlama
09.07.2025 17:40

 Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət Xidməti – “Rosselxoznadzor” 2025-ci il iyulun 11-dən etibarən Azərbaycanın “ALLBUY” MMC və “MILK PRODUCTS” MMC şirkətləri tərəfindən istehsal edilən bütün növ süd məhsullarının Rusiyaya idxalına qadağa tətbiq edildiyini açıqlayıb.

Agentliyin məlumatına görə, bu qərar Azərbaycan tərəfinin adıçəkilən müəssisələrdə yoxlama aparılmasına icazə verməkdən imtina etməsi və həmin şirkətlərin məhsullarının gələcəkdə Rusiyaya tədarükündə maraqlı olmaması ilə əsaslandırılıb.

Rusiya tərəfi, həmçinin Azərbaycanla əməkdaşlıq çərçivəsində bu və digər süd məhsulları istehsal edən beş müəssisənin yaxın gələcəkdə yoxlanılması ilə bağlı sorğu göndərdiyini, lakin lazımi razılığın alınmadığını vurğulayıb.

“ALLBUY” MMC anews.az-a bildirilib ki, Rusiya tərəfindən məhsulların ixrac olunmsının qadağası ilə bağlı hər hansı bildiriş almayıblar. 

"İxrac prosesi şirkətin öz istəyi ilə deyil, müəyyən iqtisadi çətinliklər səbəbilə müvəqqəti olaraq dayandırılıb. Sonuncu dəfə fevralda ixrac həyata keçirmişik. Bundan sonra maliyyə səbəblərinə görə ixracı dayandırmışıq. Hazırda Rusiya tərəfindən məhsul satışı ilə bağlı hər hansı bir rəsmi qadağa və ya bildiriş almamışıq”, – şirkət rəsmisi qeyd edib.

Şirkət rəsmisinin sözlərinə görə, “Rosselxoznadzor” (Rusiya Baytarlıq və Fitosanitar Nəzarət Xidməti) ötən həftə şirkətə yerində yoxlama üçün müraciət edib və bu proseslə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) da məlumatlandırılıb.


Şirkət nümayəndəsi əlavə edib ki, ixracın rəsmi şəkildə qadağan edilmədiyini sübut edən heç bir bildiriş və ya sənəd təqdim edilməyib və hal-hazırda məhsulların Rusiyaya ixracına hüquqi baxımdan maneə yoxdur.

Azərbaycan Qida Təhküsəziliyi Agentliyi məsələyə dərhal cavab verməyib. 

Rusiya tərəfi iddia edir ki, 2024-cü ildə  Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət Xidmətnin mütəxəssisləri Azərbaycanın süd istehsalı ilə məşğul olan müəssisələrində yoxlamalar həyata keçirib. 

Hazırda “Rosselxoznadzor” tərəfindən bəzi Azərbaycan süd məhsulu istehsalçılarına qarşı tətbiq edilən məhdudiyyətlərin səbəbi kimi, Rusiyanın standartlarına uyğunluğun yoxlanılması üçün icazə verilməməsi göstərilir. İki ölkə arasında bu istiqamətdə texniki danışıqların davam etdiyi bildirilir.

Gülnar Nazimqızı 

 

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol