• $ 1.7
  • € 1.9636
  • ₽ 0.020923
  • ₺ 0.0419
  • £ 2.2694

Altı ayda necə cinayətin üstü açılıb? - Rəsmi

Altı ayda necə cinayətin üstü açılıb? - Rəsmi
10.07.2025 16:34

2025-ci ilin ilk 6 ayı ərzində hüquq-mühafizə orqanları üzrə ümumilikdə 17 049 cinayət faktı qeydə alınıb. Bu cinayətlərin 94,4 faizi Daxili İşlər Nazirliyi və Prokurorluq orqanları tərəfindən prosessual qaydada araşdırılıb. Bu barədə Daxili İşlər Nazirliyinin məlumatında qeyd olunub.

2024-cü ilin eyni dövrü ilə müqayisədə ağır və xüsusilə ağır cinayətlərdə 18,9%, odlu silah tətbiqi ilə törədilən cinayətlərdə 2 dəfə, əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilən cinayətlərdə 19,8%, qrup halında baş verənlərdə 18,8%, məişət zəminində törədilənlərdə 5,5%, qəsdən adam öldürmələrdə 39,1%, mülkiyyət əleyhinə cinayətlərdə isə 4,2% azalma qeydə alınıb. Oğurluq və dələduzluq halları da müvafiq olaraq 6,2% və 7,3% azalıb.

Rəsmi statistikaya görə, istintaq və əməliyyat tədbirləri nəticəsində cinayətlərin 92,8%-i açılıb.

Bunlara keçmiş illərdən bağlı qalmış 232 cinayət hadisəsi və 2196 yeni cinayət faktı daxildir.

4344 hüquqazidd əmələ vaxtında müdaxilə olunaraq qarşısı alınıb, axtarışda olan təqsirləndirilən şəxslərin 79,7%-i saxlanılıb. Həmçinin 3378 ədəd müxtəlif növ atıcı silah aşkar edilərək götürülüb.

Gülnar 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Yevlaxda evdə 2 meyit aşkarlanıb
Cəmiyyət 23:03
Yevlaxda evdə 2 meyit aşkarlanıb
Sumqayıtda yanğın başlayıb
Cəmiyyət 21:47
Sumqayıtda yanğın başlayıb
Çayda uşaq batıb
Cəmiyyət 21:12
Çayda uşaq batıb
Aeroport yolunda maşın yanıb
Cəmiyyət 20:54
Aeroport yolunda maşın yanıb
Bakının bu ərazisində qaz kəsiləcək
Cəmiyyət 19:53
Bakının bu ərazisində qaz kəsiləcək
Bərdə sakini çayda boğulub
Cəmiyyət 19:10
Bərdə sakini çayda boğulub
Azərbaycan Mərkəzi Bankı “PulPal” və “Mpay”ə icrası məcburi göstəriş verib
Cəmiyyət 17:40
Azərbaycan Mərkəzi Bankı “PulPal” və “Mpay”ə icrası məcburi göstəriş verib
SOCAR-ın neft və qaz emalı, həmçinin ixracı 2025-ci ilin ikinci rübündə azalıb
Cəmiyyət 17:36
SOCAR-ın neft və qaz emalı, həmçinin ixracı 2025-ci ilin ikinci rübündə azalıb
Bakı-Qazax avtomobil yolunda təmir işlərinə görə hərəkət məhdudlaşdırılır
Cəmiyyət 17:29
Bakı-Qazax avtomobil yolunda təmir işlərinə görə hərəkət məhdudlaşdırılır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol