• $ 1.7
  • € 1.9636
  • ₽ 0.020923
  • ₺ 0.0419
  • £ 2.2694

Neqativ hallar azalıb, amma vəziyyət hələ qənaətbəxş deyil - TƏBİB sədri

Neqativ hallar azalıb, amma vəziyyət hələ qənaətbəxş deyil - TƏBİB sədri
11.07.2025 17:28

Son dövrlərdə tibbi xidmətlər sahəsində neqativ hallar azalsa da, vəziyyət hələ də tam qənaətbəxş deyil. Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov bu gün keçirdiyi müşavirədə məlumat verib.

“Əvvəlki dövrlərlə müqayisədə neqativ hallar əhəmiyyətli dərəcədə azalıb. Lakin bu sahədə əldə olunan nəticələr bizi tam şəkildə qane etmir”, –  Qurbanov bildirib.

O qeyd edib ki, daxili nəzarət və monitorinq tədbirləri çərçivəsində baş verən bütün hallar təhlil olunur və bu məlumatlar əsasında konkret göstərişlər verilir.

Qurbanov xüsusilə reanimasiya və intensiv terapiya şöbələrində xəstələrin vaxtında və düzgün çeşidlənməməsi, keyfiyyətin idarə olunması, vətəndaş məmnunluğu məsələlərinə diqqət çəkərək, bu sahələrin ciddi şəkildə tənzimlənməli olduğunu vurğulayıb.

Onun sözlərinə görə, ölkə üzrə TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə gün ərzində 100 minə yaxın müraciət daxil olur.

“Bu, təkcə kəmiyyət yox, eyni zamanda keyfiyyət göstəricisidir. Lakin bu yük yalnız iri tibb müəssisələrinin üzərinə düşməməlidir. Müəssisə rəhbərləri nəzarəti gücləndirməli, xidmətin keyfiyyətinə cavabdehlik daşımalıdır”, –  icraçı direktor əlavə edib.

“Məqsədimiz vətəndaşlara daha keyfiyyətli, əlçatan və operativ tibbi xidmət göstərməkdir”, – o bildirib.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Xalq artisti Arif Babayev 87 yaşında vəfat edib
Cəmiyyət 08:43
Xalq artisti Arif Babayev 87 yaşında vəfat edib
Yevlaxda evdə 2 meyit aşkarlanıb
Cəmiyyət 23:03
Yevlaxda evdə 2 meyit aşkarlanıb
Sumqayıtda yanğın başlayıb
Cəmiyyət 21:47
Sumqayıtda yanğın başlayıb
Çayda uşaq batıb
Cəmiyyət 21:12
Çayda uşaq batıb
Aeroport yolunda maşın yanıb
Cəmiyyət 20:54
Aeroport yolunda maşın yanıb
Bakının bu ərazisində qaz kəsiləcək
Cəmiyyət 19:53
Bakının bu ərazisində qaz kəsiləcək
Bərdə sakini çayda boğulub
Cəmiyyət 19:10
Bərdə sakini çayda boğulub
Azərbaycan Mərkəzi Bankı “PulPal” və “Mpay”ə icrası məcburi göstəriş verib
Cəmiyyət 17:40
Azərbaycan Mərkəzi Bankı “PulPal” və “Mpay”ə icrası məcburi göstəriş verib
SOCAR-ın neft və qaz emalı, həmçinin ixracı 2025-ci ilin ikinci rübündə azalıb
Cəmiyyət 17:36
SOCAR-ın neft və qaz emalı, həmçinin ixracı 2025-ci ilin ikinci rübündə azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol