• $ 1.7
  • € 1.9849
  • ₽ 0.02178
  • ₺ 0.0423
  • £ 2.2834

Azərbaycanda iki yeni milli park yaradılıb - SƏRƏNCAM

Azərbaycanda iki yeni milli park yaradılıb - SƏRƏNCAM
14.07.2025 16:33

Azərbaycan Prezidenti İlham Əliyev iki yeni milli parkın - Axar-Baxar və İlisu - yaradılması barədə sərəncam imzalayıb.

Sənəddə qeyd olunub ki, Axar-Baxar Milli Parkı Samux rayonunun dövlət ehtiyat fondu torpaqlarından 11113,46 hektar, Yevlax rayonunun dövlət ehtiyat fondu torpaqlarından 7000,10 hektar və Qax rayonunun dövlət ehtiyat fondu torpaqlarından 5788,43 hektar ayrılmaqla, 23901,99 hektar sahədə yaradılacaq.

İlisu Milli Parkı isə sərəncama əsasən, Zaqatala rayonunun dövlət ehtiyat fondu torpaqlarından 206,74 hektar və Qax rayonunun dövlət ehtiyat fondu torpaqlarından 13759,26 hektar ayrılmaqla, 13966 hektar sahədə yaradılacaq.

Sərəncamda bildirilir ki, milli parkların yaradılmasında məqsəd xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin genişləndirilməsi, biomüxtəlifliyin qorunub saxlanılması, ətraf mühitin dayanıqlı idarə olunması ilə yanaşı, sosial-iqtisadi imkanların artırılması, yerli icmaların ekoloji təşəbbüslərə inteqrasiyası və regionlarda ekoturizmin inkişafını təmin etmək məqsədilə yaradılır.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanın meşə fındığı ixracı 2025-ci ilin ilk yarısında artıb
Cəmiyyət 12:29
Azərbaycanın meşə fındığı ixracı 2025-ci ilin ilk yarısında artıb
Sabah 41 dərəcə isti gözlənilir - Proqnoz
Cəmiyyət 12:27
Sabah 41 dərəcə isti gözlənilir - Proqnoz
Kartof ixracı 43% artıb - DGK
Cəmiyyət 12:15
Kartof ixracı 43% artıb - DGK
Azərbaycanın nar ixracı azalaraq 3,3 milyon dollar təşkil edib
Cəmiyyət 11:47
Azərbaycanın nar ixracı azalaraq 3,3 milyon dollar təşkil edib
Rus bölməsi üzrə I sinfə qəbulda sərbəst seçim mərhələsi başlayır
Cəmiyyət 11:31
Rus bölməsi üzrə I sinfə qəbulda sərbəst seçim mərhələsi başlayır
Laçında meşə yanğınına görə üç nəfər saxlanılıb – rəsmi
Cəmiyyət 11:21
Laçında meşə yanğınına görə üç nəfər saxlanılıb – rəsmi
Laçında yanğın olan ərazidə partlayış baş verib - Yenilənib
Cəmiyyət 00:03
Laçında yanğın olan ərazidə partlayış baş verib - Yenilənib
Azərbaycanlı idmançı Rusiya vətəndaşlığından məhrum edilib
Cəmiyyət 23:10
Azərbaycanlı idmançı Rusiya vətəndaşlığından məhrum edilib
İlqar İsmayılov azadlığa buraxılıb
Cəmiyyət 21:00
İlqar İsmayılov azadlığa buraxılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol