Tələbələrin köçürülməsi üzrə elektron müraciətlərə start verilib

Təhsil müəssisəsini, ixtisasını və ya təhsilalma formasını dəyişmək istəyən tələbələr üçün elektron sənəd qəbulu başlayıb. Bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Tələbələr portal.edu.az saytında qeydiyyatdan keçərək şəxsi kabinet yaratmalı və “Ali və orta ixtisas təhsili pilləsində təhsilalanların köçürülməsi” elektron xidməti vasitəsilə müraciət formasını dolduraraq təsdiqləməlidirlər.
Elektron sənəd qəbulu 22 iyul saat 18:00-da başa çatacaq.
Müraciət zamanı tələb olunan sənədlər elektron şəkildə sistemə yüklənməli və təqdim edilən məlumatlar tam və düzgün göstərilməlidir.
Aytac