• $
  • €
  • ₽
  • ₺
  • £

Tağı Əhmədovun hakim oğlunun FOTOLARI

Tağı Əhmədovun hakim oğlunun FOTOLARI
03.01.2014 11:50

Azərbaycanda yüksək vəzifələr tutan məmurların, tanınmış simaların övladları ilə bağlı məlumatlar tez-tez media vasitəsilə gündəmə gəlir, kimisi haqda yaxşı sözlər danışılır, kimisi barədə isə əksinə... Cəmiyyətin bütün təbəqələri kimi, vəzifəli şəxslərin, məşhurların övladları arasında nümunəvi davranışları ilə seçilənlər də var və təbii ki, bunun əksinə olanlar da... Ümumiyyətlə məmurların və məşhurların övladları haqqında bilgilər ictimaiyyətə də həmişə maraqlı gəlib - onlar kimdirlər, harda çalışır, nə işlərlə məşğuldurlar...

Modern.az saytı “Məşhurların övladları” rubrikasında son vaxtlar adı medianın gündəmindən düşməyən Bakı Metropoliteninin rəisi Tağı Əhmədovun oğlu barədə məlumat dərc edib. 

Tağı Əhmədovun iki oğlu var. Onlardan biri Xətai rayon Məhkəməsində, digəri Xarici İşlər Nazirliyində işləyir.

“Mənim iki oğlum var. Biri Xətai Rayon Məhkəməsində hakimdir. O biri də Xarici İşlər Nazirliyində işləyir. Hər ikisi haqqında başqalarından məlumat ala bilərsiniz ki, özlərini necə aparırlar”, -deyə Tağı Əhmədov bir müddət öncə “Yeni Müsavat”a müsahibəsində oğlanlarının tərbiyəli, mərifətli övladlar olduğunu vurğulamışdı.

Tağı Əhmədovun xanımı Salatın Əhmədli isə Modern.az-a müsahibəsində övladları haqda bunları deyib: “Hər anaya övladı əziz və şirindi. Heç vaxt ana övladının yaxşı cəhətini qoyub nöqsanını danışmaq istəməz. Amma nə yaxşı ki, mənim övladlarım layiqli böyüdülər. Hərəsi iki universitet bitirib, ailə-uşaq sahibdirlər. Atalarından fərqli olaraq bədii yaradıcılığa heç birində meyli yoxdu. Ana kimi heç vaxt övladlarımı əzizləməmişəm, həmişə onlarla ciddi olmuşam. Kişini kişi kimi böyütmək lazımdı”. 

Rauf Əhmədov Bakı Metropoliteninin rəisi Tağı Əhmədovun böyük oğludur. 

1974-cü ildə doğulan Rauf Əhmədov 2003-cü ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. Rauf Əhmədov 2001-2004-cü illərdə Respublika Apellyasiya Məhkəməsində iclas katibi vəzifəsində çalışıb. 2004-2007-ci illərdə isə Respublika Apellyasiya Məhkəməsinin İcra şöbəsində icra məmuru işləyib. Daha sonra 2007-2010-cu illərdə Bakı Apellyasiya Məhkəməsinin İcra şöbəsində böyük icra məmuru vəzifəsini tutub.

Rauf Əhmədov 2010-cu ildə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin hakimi vəzifəsinə təyinat alıb. O, hazırda da həmin vəzifədə çalışır.

ANN.Az

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol