Bakıda Xəzər sahilində tullantı atan 20 nəfər barəsində inzibati tədbir görülüb

Polis əməkdaşları digər dövlət qurumları ilə birgə Xəzər dənizi sahilboyu ərazilərdə ətraf mühitin qorunması və ekoloji sabitliyin təmin edilməsi məqsədilə tədbirləri davam etdirir. Bu barədə məlumatı Daxili İşlər Nazirliyi məlumat verib.
Nazirliyin məlumatına görə, sahilboyu ərazilərdə keçirilən son nəzarət tədbirləri zamanı Xətai rayonunda 13, Qaradağ və Suraxanı rayonlarının hər birində 2, Binəqədi rayonunda isə 3 nəfər məişət tullantılarını müəyyən edilmiş konteynerlərdən (urnalardan) kənar ərazilərə atarkən aşkarlanıb.
Ümumilikdə 20 nəfər barəsində inzibati tədbir görülüb.