Şahin Şıxlinskinin oğlu həbs olunub

Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu Mutvalı Şıxlinski barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib.Bu barədə “RBK” məlumat yayıb.
Məlumata görə, o, “dövlət məmuruna qarşı zorakılıq” işi üzrə ittiham edildiyinə görə sentyabrın 14-dək istintaq təcridxanasına göndərilib.
Hakim Aleksandr Suslovun sədrliyi ilə keçirilən proses qapalı keçirilib.
Qərar tam qüvvəyə minməyib və apellyasiya qaydasında şikayət verilə bilər.