Laçında yanğın olan ərazidə partlayış baş verib - Yenilənib

Laçın rayonunun Zerti kəndi yaxınlığında yanğın olan ərazidə partlayış qeydə alınıb.
APA-nın məlumatına görə, partlayış keçmiş döyüş əməliyyatları aparılmış ərazidə baş verib.
Hazırda yanğının bir çox hissəsində alov məhdudlaşdırıllb.Lakin mina və partlamamış döyüş sursatlarının olması ehtimal edilən sahədə yanğın davam edir. Əraziyə müvafiq texnika və canlı qüvvə cəlb olunub, təhlükəsizlik tədbirləri gücləndirilib.
Faktla bağlı araşdırma aparılır.
22:03
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Laçın rayonu, Hoçaz kəndi istiqamətində dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə nəzarətə götürülüb.
Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.
21:11
Laçın rayonunun Bəylik kəndi istiqamətində meşə yanır.Bu barədə Trend xəbər verir.
Məlumat yenilənəcək.
Son xəbərlər
Daha çox 