Azərbaycanın nar ixracı azalaraq 3,3 milyon dollar təşkil edib

2025-ci ilin yanvar-iyun aylarında ölkədən 3 651 ton nar ixrac olunub ki, bu da ötən ilin analoji dövründəki 5 027 ton göstəricidən 27,4% azdır. Bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib.
İxracın dəyəri də 4,3 milyon ABŞ dollarından 3,26 milyon dollara düşərək, təxminən 24% azalma nümayiş etdirib.
Nar məhsulları Azərbaycanın kənd təsərrüfatı üzrə ənənəvi ixrac kateqoriyalarından biri sayılır.
Son illərdə əsas bazarlar arasında Rusiya, BƏƏ və Avropa ölkələri yer alır.
Aytac