Azərbaycanın meşə fındığı ixracı 2025-ci ilin ilk yarısında artıb

Azərbaycan 2025-ci ilin ilk altı ayı ərzində 10 759 ton meşə fındığı ixrac edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 27.6% artım deməkdir. Bu barədə Dövlət Gömrük Komitəsinin altı aylıq hesabatında qeyd olunub.
Məhsulun ixrac dəyəri 76,67 milyon ABŞ dolları təşkil edib ki, bu da 2024-cü ilin ilk yarısı ilə müqayisədə 47.7% artım göstərir (ötən il 51,9 milyon dollar).
Meşə fındığı ixracı Azərbaycanın ümumi yeyinti məhsulları ixracında dəyər baxımından 4.37%-lik paya malikdir. Müvafiq göstərici 2024-cü ilin analoji dövründə 3.25% idi.
Əsas ixrac bazarları arasında İtaliya, Almaniya və Rusiya liderlik edir.
Gülnar Nazimqızı