Bakıda bu ilin altı ayı üzrə 7 min 549 cinayət qeydə alınıb

2025-ci ilin birinci yarımilıi ərzində Bakı şəhərinin prokurorluq və daxili işlər orqanları üzrə cəmi 7 min 549 törədilmiş cinayət hadisəsi qeydiyyata alınıb.
Bu barədə Bakı şəhər prokurorluğunun 2025-ci ilin I yarımilinə həsr olunmuş əməliyyat müşavirəsində deyilib.
Bildirilib ki, qeydə alınan cinayətlərin 92,6 %-nin açılması təmin olunub.
Bakı şəhərinin daxili işlər orqanları ilə birlikdə qarşılıqlı işgüzar münasibətlər qurulmaqla həyata keçirilən tədbirlər nəticəsində 2025-ci ilin birinci yarımilində törədilən 12 qəsdən adam öldürmə cinayətlərinin hamısının açılması təmin edilib.
Qəsdən adam öldürmə, özünü öldürmə həddinə çatdırma, oğurluq, mənimsəmə və israf etmə, dələduzluq, hədə-qorxu ilə tələb etmə, xuliqanlıq, narkotik vasitələrlə bağlı cinayətlər, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, o cümlədən ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin sayı azalıb, qəsdən adam öldürməyə cəhd, qəsdən sağlamlığa ağır və az ağır zərər vurma, adam oğurluğu, quldurluq, ekoloji cinayətlərin sayında isə artım müşahidə olunub.
Son xəbərlər
Daha çox 