Qazaxda beşaylıq körpə ölüb

Qazaxda uşaq ölümü faktı qeydə alınıb.
Hadisə rayonun Çaylı kəndində baş verib.
Belə ki, 2025-ci il təvəllüdlü L.Məmmədovun yaşadığı evdə qəfil vəziyyəti pisləşib.
Beşaylıq körpəyə yardım göstərilməyə çalışılsa da, həyatını xilas etmək mümkün olmayıb. Məlumata görə, körpənin ürəyində problem olub.
Meyit müayinə üçün aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı Qazax Rayon Prokurorluğunda araşdırma aparılır.