• $ 1.7
  • € 1.9751
  • ₽ 0.02173
  • ₺ 0.0421
  • £ 2.282

Ötən həftə 1600 hektardan çox ərazi minalardan təmizlənib

Ötən həftə 1600 hektardan çox ərazi minalardan təmizlənib
21.07.2025 10:33

Iyulun 14-dən 20-nə  qədər azad olunan ərazilərdə 6 tank əleyhinə mina, 73 piyada əleyhinə mina, 178 partlamamış hərbi sursat (PHS) aşkarlanıb. Bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.

Məlumata əsasən, 1641 hektar ərazi minalardan təmizlənib.

Son 4 ildə işğaldan azad olunmuş ərazilərdə ümumilikdə 175 017 mina zərərsizləşdirilib. Ümumilikdə 34 996 ədədi piyada əlehinə mina, 21 022 ədədi tank əlehinə mina, 118 999 ədədi partlamamış hərbi sursat olmaqla ümumilikdə 175 017 mina zərərsizləşdirilib. Müharibədən sonrakı dövrdə 176 237 hektar ərazi minadan təmizlənib. 
 
Dünyada mina qurbanlarının 84%-i mülki şəxslərdir. Onların da 37%-ni uşaqlar təşkil edir. Ümumilikdə isə mina qurbanlarının 81%-ni kişilər və oğlan uşaqları təşkil edir. 
 
Azərbaycanda da mina qurbanlarının sayı 3400 nəfərdən çoxdur. Onların 359 nəfərini uşaqlar təşkil edir. 38 nəfəri qadınlardır. 
 
Təkcə İkinci Qarabağ Müharibəsindən sonra mina qurbanlarının sayı 382 nəfər təşkil edib. Onların 55 nəfəri həlak olub. Minaya düşənlərin 143 nəfəri isə mülki şəxslərdir. 

Aytac Zeynalova

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakı metrosuna yeni mətbuat katibi təyin edilib
Cəmiyyət 15:32
Bakı metrosuna yeni mətbuat katibi təyin edilib
Çindən Azərbaycana gələnlərin sayı 60% artıb
Cəmiyyət 14:31
Çindən Azərbaycana gələnlərin sayı 60% artıb
Tütün idxalı artıb
Cəmiyyət 14:07
Tütün idxalı artıb
Cəlilabadda göldə balıqlar kütləvi tələf olub
Cəmiyyət 13:40
Cəlilabadda göldə balıqlar kütləvi tələf olub
İran, Çin və Rusiya Tehranın nüvə proqramı ilə bağlı üçtərəfli görüş keçirəcək
Cəmiyyət 13:19
İran, Çin və Rusiya Tehranın nüvə proqramı ilə bağlı üçtərəfli görüş keçirəcək
Azərbaycanlı tələbələr 8 peşə üzrə ölkəni Çində təmsil edəcək
Cəmiyyət 13:11
Azərbaycanlı tələbələr 8 peşə üzrə ölkəni Çində təmsil edəcək
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:34
Sabahın hava proqnozu açıqlanıb
Xarici vətəndaşlar Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər edə biləcəklər
Cəmiyyət 12:22
Xarici vətəndaşlar Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər edə biləcəklər
Xarici yük avtomobillərinin yol vergisindən azad olunması qaydası təsdiqlənib
Cəmiyyət 12:09
Xarici yük avtomobillərinin yol vergisindən azad olunması qaydası təsdiqlənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol