Peşə təhsili üzrə 10 yeni ixtisas artırılıb

2025/2026-cı tədris ili üçün Azərbaycanda peşə təhsili müəssisələrinə tələbə qəbulu 78 məktəb üzrə 152 ixtisasda ümumilikdə 32 620 plan yeri üzrə aparılacaq. Bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov iyulun 21-də keçirilən brifinqdə deyib.
O bildirib ki, bu göstərici ötən illə müqayisədə 5.4% artım deməkdir.
Kərəmov söyləyib ki, son on il ərzində ilk dəfə olaraq plan yerlərinin sayı 30 min nəfəri keçib.
Eyni zamanda qurum rəsmisi vurğulayıb ki, bu il qəbul proqramına 10 yeni ixtisas da əlavə olunub.
Gülnar Nazimqızı