• $ 1.7
  • € 1.9961
  • ₽ 0.021425
  • ₺ 0.0419
  • £ 2.2937

Lerikdə çətin relyef şəraitində əməliyyat keçirilib

Lerikdə çətin relyef şəraitində əməliyyat keçirilib
28.07.2025 11:15

Lerik Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı əməliyyat keçiriblər.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumata görə, tədbirlərlə 26 yaşlı Məhəmməd Şıxəliyev və Natiq Xəlilov saxlanılıblar. Onlardan 20 kiloqram marixuana və 1990 ədəd narkotik tərkibli metadon həbi aşkarlanaraq götürülüb.

Davam etdirilən əməliyyat tədbirləri ilə gəldikləri avtomobili orada qoyaraq çətin relyefli ərazidə gizli yolla qaçmağa çalışan narkoşəbəkənin digər üzvləri - 24 yaşlı Vurğun Qasımlı, 30 yaşlı Rəşid Ağazadə, 31 yaşlı Emin Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıblar. Keçirilən baxış zamanı həmin şəxslərin ərazidə qoyaraq uzaqlaşdığı avtomobildən də marixuana aşkarlanaraq götürülüb. Araşdırmalarla narkoşəbəkə üzvlərinin İran vətəndaşından əldə etdikləri narkotik vasitə və həbləri satışının təşkil olunmasından ötrü maddi qazanc qarşılığında paytaxt ərazisinə gətirməyə razılaşdıqları müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, M.Şıxəliyev, N.Xəlilov, V.Qasımlı, R.Ağazadə və E. Əhmədov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda Salyan şosesində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət 17:16
Bakıda Salyan şosesində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
Bakının bəzi hissələrində işıq olmayacaq
Cəmiyyət 16:57
Bakının bəzi hissələrində işıq olmayacaq
Əmlak Xidməti və tabeli qurumlarda dövlət vəsaitlərinin istifadəsində uyğunsuzluq aşkarlanıb
Cəmiyyət 16:40
Əmlak Xidməti və tabeli qurumlarda dövlət vəsaitlərinin istifadəsində uyğunsuzluq aşkarlanıb
Səs yazısı yayılan direktora töhmət verilib
Cəmiyyət 16:29
Səs yazısı yayılan direktora töhmət verilib
Naxçıvanda polis əməkdaşı tabel silahı ilə ehtiyatsız davranma nəticəsində həlak olub
Cəmiyyət 16:00
Naxçıvanda polis əməkdaşı tabel silahı ilə ehtiyatsız davranma nəticəsində həlak olub
DİN əməliyyat keçirib, 24 kiloqram narkotik aşkarlanıb
Cəmiyyət 15:27
DİN əməliyyat keçirib, 24 kiloqram narkotik aşkarlanıb
“Dərman vasitələrinin humanitar məqsədlər üçün idxalı Qaydası” dəyişib
Cəmiyyət 14:17
“Dərman vasitələrinin humanitar məqsədlər üçün idxalı Qaydası” dəyişib
Xankəndidə yanğına səbəb olan şəxs həbs edilib
Cəmiyyət 13:14
Xankəndidə yanğına səbəb olan şəxs həbs edilib
Bir həftədə nə qədər ərazi minadan təmizlənib? - Rəsmi
Cəmiyyət 12:53
Bir həftədə nə qədər ərazi minadan təmizlənib? - Rəsmi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol