• $
  • €
  • ₽
  • ₺
  • £

Ölkəyə idxal olunan mallara nəzarətin həyata keçirilməsi ilə bağlı yeni QƏRAR

Ölkəyə idxal olunan mallara nəzarətin həyata keçirilməsi ilə bağlı yeni QƏRAR
28.07.2025 17:22

“Bir pəncərə” prinsipinə əməl edilməklə, ölkəyə idxal olunan texniki tənzimləmənin şamil olunduğu mallara nəzarətin təşkili məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi ilə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi arasında qarşılıqlı fəaliyyətin tənzimlənməsi Qaydası” təsdiq edilib.

Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Sənədə əsasən, bu Qayda “Bir pəncərə” prinsipinə əməl edilməklə, ölkəyə idxal olunan texniki tənzimləmənin şamil olunduğu mallara nəzarətin təşkili məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi arasında qarşılıqlı fəaliyyəti tənzimləyir.

Agentlik və Komitə ölkəyə idxal olunan mallara nəzarətin həyata keçirilməsi, texniki tənzimləmə sahəsində risklərin idarə edilməsi, sahibkarlıq subyektlərinin və istehlakçıların hüquqlarının müdafiəsi və malların idxalı zamanı gömrük rəsmiləşdirilməsinin sürətləndirilməsi məqsədilə malların idxalatçıları, həmçinin malların gömrük ərazisinə daxil olması barədə məlumatların mübadiləsini həyata keçirirlər.

Agentlik uyğunluq sertifikatlarının və uyğunluq bəyannamələrinin reyestrinə daxil olmuş uyğunluq sertifikatı, uyğunluq bəyannaməsi və tanınmış xarici mənşəli uyğunluq sənədləri barədə məlumatların real vaxt rejimində Komitəyə ötürülməsini və bununla əlaqədar məlumatların mütəmadi olaraq yenilənməsini təmin edir.

Komitə idxal olunan gömrük rəsmiləşdirilməsi başa çatmış mallara dair gömrük bəyannaməsində əks olunan müvafiq məlumatları (malı göndərən, malı qəbul edən, malın adı, təsviri (miqdarı, növü), kodu, çəkisi, “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verilmiş uyğunluq sertifikatı, uyğunluq bəyannaməsi və tanınmış xarici mənşəli uyğunluq sənədlərinin nömrəsi) real vaxt rejimində Agentliyə ötürür.

Agentlik mallara münasibətdə istehlakçıların təhlükəsizliyinin təmin olunması və bu sahədə qabaqlayıcı tədbirlərin həyata keçirilməsi məqsədilə ölkə ərazisində istehlak bazarlarına çıxarılmış idxal mallarına aparılmış nəzarət tədbirləri zamanı Agentliyin müəyyən etdiyi təhlükəli hallar barədə Komitəyə məlumat ötürür.

Bu Qaydada nəzərdə tutulmuş məlumatların mübadiləsi Agentlik və Komitə arasında real vaxt rejimində Elektron Hökumət İnformasiya Sistemi (EHİS) vasitəsilə həyata keçirilir və bu məlumatlar Tərəflərin səlahiyyətləri çərçivəsində istifadə edilə bilər. Əldə olunmuş məlumatlar qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla üçüncü tərəflərə təqdim olunmamalıdır.

Məlumat mübadiləsini real vaxt rejimində həyata keçirmək mümkün olmadıqda, sənədlər (məlumatlar) həmin informasiya ehtiyatlarına və sistemlərinə aidiyyəti qurumlar tərəfindən təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə təsdiq edilməklə onların elektron kabinetləri vasitəsilə daxil edilir.

Agentlik və Komitə ölkəyə idxal olunmuş malların dövriyyəsi sahəsində risklərin idarə edilməsi, təhlili, mallara, onların saxlanma yerlərinə və daşınma şəraitinə nəzarətin təşkili, habelə monitorinqlər də daxil olmaqla, malların dövriyyəsi ilə məşğul olan idxalatçıların maarifləndirilməsi üçün birgə tədbirlər həyata keçirə bilərlər.

Bu Qayda barəsində qüvvəyə minmiş texniki reqlament və istinad standartları qəbul edilmiş mallara münasibətdə tətbiq olunur.

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Siyasət 13:15
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Siyasət 12:55
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol