• $ 1.7
  • € 1.9636
  • ₽ 0.020923
  • ₺ 0.0419
  • £ 2.2694

BDYPİ valideynlərə çağırış edib

BDYPİ valideynlərə çağırış edib
31.07.2025 13:38

Yol hərəkətində təhlükəsizliyin təmin olunması hər bir hərəkət iştirakçısının məsuliyyətli davranışından asılıdır. Təəssüf ki, bəzən valideynlər, xüsusilə də velosiped, moped və ya motosikletlə hərəkət edən şəxslər təhlükənin fərqində olmadan, azyaşlı övladlarını bu nəqliyyat vasitələrinin arxasında və ya əlavə oturacaq hissəsində daşımaqla onların həyatını ciddi təhlükə altına atırlar. Bu barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) valideynlərə çağırışında bildirilib.

"Unutmaq olmaz ki, azyaşlıların bədən quruluşu və refleksləri qəfil vəziyyətlərə qarşı müdafiəsizdir və yüngül sayılan bir zərbə belə ciddi xəsarətlərlə nəticələnə bilər. Şübhəsiz ki, heç bir valideyn övladına zərər vermək istəmir, əksinə, onu çox sevir, qoruyur. Lakin bəzən edilən hərəkət, yəni təhlükə ehtimalı olan şəraitdə uşağı velosiped və ya motosikletlə aparmaq, bu sevginin əksi olan bir davranış kimi qiymətləndirilə bilər. Təhlükədən xəbərsiz körpə valideynin məsuliyyətsizliyi ucbatından həyatını itirə və ya ömürlük iz buraxan xəsarətlərlə üzləşə bilər", - qeyd olunub.

BDYPİ bir daha bütün valideynlərə və qəyyumlara çağırış edərək bildirib ki, heç bir səbəb – tələsmək, məsafənin yaxın olması və ya şəxsi rahatlıq uşaqların həyatını təhlükəyə atmağa haqq qazandırmır. “Qaydalara əməl etməklə faciədən yayınmaq mümkündür. Unutmayın ki, sonrakı peşmançılıq nə təhlükəni aradan qaldırır, nə də əzizlərinizi geri qaytarır",- çağırışda vurğulanıb.

Oxşar xəbərlər
Oxşar xəbərlər
1071 abituriyent jurnalist olmaq üçün qabiliyyət imtahanı verəcək
Cəmiyyət 09:38
1071 abituriyent jurnalist olmaq üçün qabiliyyət imtahanı verəcək
Xalq artisti Arif Babayev 87 yaşında vəfat edib
Cəmiyyət 08:43
Xalq artisti Arif Babayev 87 yaşında vəfat edib
Yevlaxda evdə 2 meyit aşkarlanıb
Cəmiyyət 23:03
Yevlaxda evdə 2 meyit aşkarlanıb
Sumqayıtda yanğın başlayıb
Cəmiyyət 21:47
Sumqayıtda yanğın başlayıb
Çayda uşaq batıb
Cəmiyyət 21:12
Çayda uşaq batıb
Aeroport yolunda maşın yanıb
Cəmiyyət 20:54
Aeroport yolunda maşın yanıb
Bakının bu ərazisində qaz kəsiləcək
Cəmiyyət 19:53
Bakının bu ərazisində qaz kəsiləcək
Bərdə sakini çayda boğulub
Cəmiyyət 19:10
Bərdə sakini çayda boğulub
Azərbaycan Mərkəzi Bankı “PulPal” və “Mpay”ə icrası məcburi göstəriş verib
Cəmiyyət 17:40
Azərbaycan Mərkəzi Bankı “PulPal” və “Mpay”ə icrası məcburi göstəriş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol