Magistraturaya elektron sənəd qəbulunun vaxtı uzadılıb

Ali təhsil pilləsinin magistratura səviyyəsinə sənəd qəbulu prosesi 4 avqust tarixinə kimi uzadılıb.
Bu barədə Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi məlumat yayıb.
Bildirilib ki, müraciətçilər //portal.edu.az/ üzərindən qeydiyyatdan keçməklə “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçə bilərlər.
24 iyul saat 15:00-dan etibarən ali təhsil pilləsinin magistratura səviyyəsinə sənəd qəbulu prosesinə start verilib. Elektron sistem üzrə qeydiyyat 1 avqust saat 18:00-da yekunlaşmalı idi.