Azyaşlıya qarşı qeyri-etik hərəkətlər etdiyi iddia edilən şəxs Sabirabadda saxlanılıb

Sabirabad rayonunda azyaşlıya qarşı əxlaqa zidd hərəkətlər etdiyi ehtimal edilən şəxs saxlanılıb. Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu sosial şəbəkələrdə yayılan görüntülərə istinadən məlumat verib.
Məlumata görə, görüntülərdə əks olunan şəxsin Sabirabad rayonunun Qaratəpə kənd sakini, 64 yaşlı M.Hüseynov olduğu müəyyənləşdirilib və o, dərhal rayon polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırmalar aparılır və həmin şəxsin hərəkətlərinə hüquqi qiymət verilməsi məqsədilə müvafiq tədbirlər görülür.