Biləsuvar sakini Xırdalanda iş zamanı hündürlükdən yıxılaraq ölüb

Biləsuvar rayonunun Aşağı Cürəli kənd sakini Vüqar Cəfərov Xırdalan şəhərində tikinti sahəsində işləyərkən bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. Bu barədə “Report”un Muğan bürosu məlumat verib.
Məlumata görə, o, işlədiyi çoxmərtəbəli binadan yıxılaraq ağır xəsarət alıb. Yaralı xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə ilə bağlı araşdırma aparılır.