Salyanda 16 yaşlı yeniyetmə Kür çayında boğularaq ölüb

Salyan rayonunda Kür çayında 16 yaşlı yeniyetmə boğularaq həyatını itirib. Bu barədə APA məlumat verib.
Hadisə çayın Salyan şəhəri ərazisindən keçən hissəsində baş verib. Məlumata görə, 2008-ci il təvəllüdlü Salyan şəhər sakini Sahil Məcidov çayda çimərkən batıb.
Yeniyetmənin meyiti Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən sudan çıxarılaraq aidiyyəti orqanlara təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.