Azərbaycan atleti beynəlxalq turnirdə bürünc medal qazanıb

Azərbaycan təmsilçisi Qazaxıstanın Almatı şəhərində keçirilən atletika üzrə XXXIV Qosanov Memorialında bürünc medal qazanıb.
ilk yarış günündə mübarizəyə qoşulan atletlərimizdən Nazim Babayev uzunluğa tullanma növündə 7.48 metr göstərici ilə fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
Dünya Atletikası Kontinental Turun bürünc səviyyəli yarışında 15 ölkəni təmsil edən 150-dən artıq idmançı iştirak edir.
Nazim Babayev sabah üç təkanla tullanma növündə də mübarizə aparacaq