Naxçıvanda yeni infrastruktur layihəsinin icrasına başlanılır

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi tabeliyində yaradılması planlaşdırılan yeni infrastruktur layihəsi ilə bağlı tender elan olunub.
"Report"un yerli bürosu bu barədə dövlət satınalmalarının həyata keçirildiyi vahid internet portalına istinadən xəbər verir.
Nazirlik tərəfindən elan olunan tender "Naxçıvan Kənd Təsərrüfatı Laboratoriyaları Mərkəzi" binasının layihələndirilməsi xidmətinin satınalınması ilə bağlıdır.
Yeni layihələndiriləcək laboratoriya mərkəzi kənd təsərrüfatı sahəsində keyfiyyətə nəzarət, torpaq və məhsul analizləri, eləcə də müasir texnologiyaların tətbiqi baxımından əhəmiyyətli rol oynayacaq