• $ 1.7
  • € 1.9675
  • ₽ 0.021326
  • ₺ 0.0418
  • £ 2.257

STP rəhbərliyində kadr dəyişiklikləri baş verib

STP rəhbərliyində kadr dəyişiklikləri baş verib
05.08.2025 10:59

“Sumqayıt Texnologiyalar Parkı” MMC-nin (STP) Müşahidə Şurasının sədri vəzifəsinə Mir Camal Paşayev təyin olunub.

Şirkətin yeni Baş İcraçı Direktoru Ələkbər Abbaslı, Müşahidə Şurasının yeni üzvü isə Kamran Nəbizadə olub.

Mir Camal Paşayev uzun illər PAŞA Qrup strukturlarında rəhbər vəzifələrdə çalışıb və strateji idarəetmə sahəsində təcrübəyə malikdir.

Ələkbər Abbaslı əvvəllər STP-nin Müşahidə Şurasının üzvü olub, həmçinin SOCAR, Equinor, Ernst & Young və digər iri şirkətlərdə çalışıb.

Kamran Nəbizadə iqtisadiyyat üzrə fəlsəfə doktorudur, SOCAR və LUKOIL-də rəhbər vəzifələrdə olub, həmçinin 2015–2020-ci illərdə Milli Məclisin deputatı kimi fəaliyyət göstərib.

Yeni təyinatlar Müşahidə Şurasının keçmiş sədri Nəriman Sərdarlını və sabiq Baş İcraçı Direktor Hicran Valehovu əvəz edib.

Aytac

Oxşar xəbərlər
Oxşar xəbərlər
Naxçıvanın paylayıcı elektrik şəbəkəsinə dair Tədbirlər Planı təsdiqlənib
Cəmiyyət 16:29
Naxçıvanın paylayıcı elektrik şəbəkəsinə dair Tədbirlər Planı təsdiqlənib
Qarabağ Universitetinin mətbuat katibi vəzifəsindən ayrılıb
Cəmiyyət 16:02
Qarabağ Universitetinin mətbuat katibi vəzifəsindən ayrılıb
Azərbaycan, dələduzluqda ittiham olunan Tacikistan vətəndaşını ölkəsinə təhvil verib
Cəmiyyət 16:00
Azərbaycan, dələduzluqda ittiham olunan Tacikistan vətəndaşını ölkəsinə təhvil verib
İyulda günvurma ilə bağlı 53 nəfər müraciət edib
Cəmiyyət 15:01
İyulda günvurma ilə bağlı 53 nəfər müraciət edib
Şirkət Zabrat gölünü qanunsuz doldurduğuna görə 7,500 manat cərimələnib
Cəmiyyət 14:57
Şirkət Zabrat gölünü qanunsuz doldurduğuna görə 7,500 manat cərimələnib
Cəbrayılda yanğına səbəb olan şəxslər saxlanılıb
Cəmiyyət 14:51
Cəbrayılda yanğına səbəb olan şəxslər saxlanılıb
İyulda 48 aptekdə yoxlama aparılıb — AEM
Cəmiyyət 13:00
İyulda 48 aptekdə yoxlama aparılıb — AEM
“Startap” şəhadətnaməsi alan sahibkarların sayı 220-yə çatıb
Cəmiyyət 12:51
“Startap” şəhadətnaməsi alan sahibkarların sayı 220-yə çatıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:45
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol