Rusiya üzrə 129 kiçik şəhər yox olmaq riski ilə üzləşə bilər — RANEPA

Rusiya üzrə əhalisi 3,4 milyon nəfər olan 129 kiçik şəhər demoqrafik azalma və məşğulluq problemləri fonunda yox olmaq riski ilə üzləşə bilər. Bu barədə "İzvestiya" qəzeti RANEPA ekspertlərinin araşdırmasına istinadla yazıb.
Məlumata görə, son on ildə bu şəhərlərdə əhali 314,5 min nəfər azalıb. Ən böyük azalma kömür, metallurgiya və ağac emalı sahələri ilə bağlı şəhərlərdə qeydə alınıb.
Tədqiqatda Bryansk, Novqorod, Kirov vilayətləri və Krasnoyarsk diyarının bir sıra yaşayış məntəqələri ən riskli bölgələr kimi göstərilir.
Ekspertlər bildirirlər ki, bu şəhərlər inkişaf üçün daxili resurslara malik deyil, xarici resursların isə effektiv bölüşdürülməsi çətinlik yaradır. Əhalinin azalmasının əsas səbəbləri kimi məşğulluğun və kiçik sahibkarlığın zəifləməsi göstərilir.
Tədqiqatın nəticələrinə əsasən, şəhər tipli yaşayış məntəqələrinin dayanıqlı inkişafı üçün 100 mindən artıq əhali tələb olunur.
Gülnar
Son xəbərlər
Daha çox 