Gəncədə ictimai iaşə və ödənişli xidmətlərdə artım qeydə alınıb

2025-ci ilin altı ayında Gəncədə ictimai iaşə dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 13,1% artaraq 27,1 milyon manata çatıb. Bu barədə Gəncə Şəhər Statistika İdarəsi məlumat yayıb.
Dövriyyənin 26,2 milyon manatı fiziki şəxslərin payına düşüb.
Hesabat dövründə əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri real ifadədə 8,0% artaraq 319,7 milyon manat təşkil edib. Bu xidmətlərin 75,8 milyon manatı hüquqi şəxslər tərəfindən göstərilib və ümumi dəyərin 23,7%-ni təşkil edib.
Ödənişli xidmətlərin 87,5%-i qeyri-dövlət, 12,5%-i isə dövlət sektoruna məxsus olub.
Gülnar
Son xəbərlər
Daha çox 