• $ 1.7
  • € 1.9683
  • ₽ 0.021256
  • ₺ 0.0418
  • £ 2.2622

"Saç yeyən uşaq" əməliyyat olunub

"Saç yeyən uşaq" əməliyyat olunub
07.08.2025 10:12

30 iyul 2025-ci il tarixində Qax rayon sakini, 2016-cı il təvəllüdlü 9 yaşlı qız Kliniki Tibbi Mərkəzə qarın ağrısı, ürəkbulanma və iştahsızlıq şikayətləri ilə yerləşdirilib. Radioloji müayinələr nəticəsində uşağa tirixofagiya – mədədə saç kütləsi (bezoar) diaqnozu qoyulub. Bu barədə Kliniki Tibbi Mərkəz məlumat yayıb.

Pasiyent Uşaq Cərrahiyyə şöbəsinə yerləşdirilib və şöbə müdiri İlqar Haqverdiyev ilə cərrah Binnət Sofiyevin iştirakı ilə qastrotomiya əməliyyatı aparılıb. Əməliyyat zamanı mədədən saç kütləsi uğurla xaric edilib.

Hazırda uşağın vəziyyəti stabil olaraq qiymətləndirilir, müalicəsi xəstəxanada davam etdirilir.

Mütəxəssislərin bildirdiyinə görə, tirixofagiya adətən psixoloji pozuntu nəticəsində yaranır və bu zaman uşaq öz saçlarını və ya ətrafda olan tükləri yeyir. Uzun müddət ərzində bu vərdiş mədədə böyük həcmli tük kütləsinin yığılmasına səbəb olur və nəticədə həzm pozuntuları, qarında şişkinlik, iştahsızlıq və qusma kimi əlamətlər müşahidə edilir.

Gülnar 

Oxşar xəbərlər
Oxşar xəbərlər
İrana uçuşlar bərpa olunur
Cəmiyyət 12:14
İrana uçuşlar bərpa olunur
Ailə başçısını itirməyə görə pensiya və müavinət alanların sayı açıqlanıb
Cəmiyyət 11:29
Ailə başçısını itirməyə görə pensiya və müavinət alanların sayı açıqlanıb
İran Prezidenti Pezeşkian iki həftə ərzində Ermənistana səfər edəcək
Cəmiyyət 11:26
İran Prezidenti Pezeşkian iki həftə ərzində Ermənistana səfər edəcək
Şəmkirdə qəza zamanı iştirak edən nəqliyyat vasitələrinin buraxılış sənədləri olmayıb - AYNA
Cəmiyyət 11:17
Şəmkirdə qəza zamanı iştirak edən nəqliyyat vasitələrinin buraxılış sənədləri olmayıb - AYNA
AZAL-a məxsus təyyarənin qəzası ilə bağlı yekun hesabat bir neçə aya hazır olacağı deyilir
Cəmiyyət 11:14
AZAL-a məxsus təyyarənin qəzası ilə bağlı yekun hesabat bir neçə aya hazır olacağı deyilir
“Sovetski” ərazisində köhnə binaların söküntüsünə başlanılıb
Cəmiyyət 10:57
“Sovetski” ərazisində köhnə binaların söküntüsünə başlanılıb
“Nar” ən yüksək nəticə göstərən abituriyentləri mükafatlandıracaq
Cəmiyyət 10:18
“Nar” ən yüksək nəticə göstərən abituriyentləri mükafatlandıracaq
"Saç yeyən uşaq" əməliyyat olunub
Cəmiyyət 10:12
"Saç yeyən uşaq" əməliyyat olunub
Bakıda 40 dərəcə isti olub
Cəmiyyət 09:28
Bakıda 40 dərəcə isti olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol