Altı ayda icbari tibbi sığorta ilə xidmət göstərilən şəxslərin sayı açıqlanıb

2025-ci ilin 6 ayında TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində icbari tibbi sığorta çərçivəsində 3.6 milyondan çox şəxs tibb müəssisələrinə 12.3 milyon dəfə müraciət edib.
Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.
Göstərilən xidmət sayı isə 44.2 milyon olub. Ən çox müraciət edilən xəstəliklər sırasında ilk yerdə ümumi tibbi müayinə, endokrin, tənəffüs, qan dövranı və sidik-cinsiyyət sisteminin xəstəlikləri gəlir.
"Habelə, sözügedən tibb müəssisələrində 18 milyon 523 mindən çox laborator tibbi xidmət göstərilib.
Cari ilin ilk yarımilliyində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqaviləli tibb müəssisələrinə (özəl və müvafiq dövlət orqanlarının tabeliyində olan tibb müəssisələri) 154 987 göndəriş verilib.
Son xəbərlər
Daha çox 