Azərbaycanda 125 mindən çox uşaq I sinfə qəbul olunub

Azərbaycanda 2025–2026-cı tədris ili üzrə I sinfə qəbul prosesi çərçivəsində indiyədək 125 mindən çox uşağın qeydiyyatı tamamlanıb. Bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (MÜTDA) Ümumi təhsilin təşkil şöbəsinin aparıcı məsləhətçisi Aidə Əsgərli qurumun canlı yayımında məlumat verib.
Onun sözlərinə görə, mayın 6-dan başlayan elektron qəbul prosesi hazırda davam edir və 12 sentyabr 2025-ci il tarixinədək açıq qalacaq.
MÜTDA-nın məlumatına əsasən, valideynlər övladlarını sistem üzərindən dövlət ümumi təhsil müəssisələrinin I siniflərinə onlayn şəkildə qeydiyyatdan keçirə bilirlər.
Aytac
Son xəbərlər
Daha çox 