• $ 1.7
  • € 1.9819
  • ₽ 0.021453
  • ₺ 0.0418
  • £ 2.284

Bu gün rezidenturaya qəbul imtahanının 2-ci mərhələsi keçiriləcək

Bu gün rezidenturaya qəbul imtahanının 2-ci mərhələsi keçiriləcək
10.08.2025 08:50

Bu gün Bakı və Naxçıvan şəhərlərində rezidenturaya qəbul imtahanının 2-ci mərhələsi keçiriləcək.Bu barədə Dövlət İmtahan Mərkəzindən bildirilib.

İmtahan Bakı şəhərində 4, Naxçıvan şəhərində 1 binada təşkil olunacaq və saat 10:00-da başlanacaq. Saat 09:45-də buraxılış rejimi başa çatacaq və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmayacaq. İmtahan 2 saat 30 dəqiqə davam edəcək.

Namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və imtahana buraxılış vərəqəsini mütləq gətirməlidir. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.

Kütləviliyin qarşısının alınması məqsədilə imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

Rezidenturaya qəbul imtahanının 2-ci mərhələsində iştirak etmək üçün 905 nəfər qeydiyyatdan keçib. Onlardan 336 nəfəri oğlan, 569 nəfəri qızdır. 739 namizəd Azərbaycan bölməsinin, 169 namizəd rus bölməsinin, 373 namizəd cari ilin, 532 namizəd isə əvvəlki illərin məzunudur. 2 nəfər xarici ölkə vətəndaşıdır. Bakı şəhərində 879, Naxçıvan şəhərində isə 26 namizədin imtahan verəcəyi gözlənilir.

İmtahanın idarə olunması üçün 5 ümumi imtahan rəhbəri, 11 imtahan rəhbəri, 81 zal nəzarətçisi, 12 buraxılış rejimi (mühafizə) əməkdaşı ayrılıb.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Balaxanıda yol qəzası baş verib - Video
Cəmiyyət 10:50
Balaxanıda yol qəzası baş verib - Video
Faktiki hava açıqlanıb
Cəmiyyət 10:36
Faktiki hava açıqlanıb
Xaçmazda çaqqallar kənd sakinlərinə hücum edib, yaralananlar var
Cəmiyyət 10:08
Xaçmazda çaqqallar kənd sakinlərinə hücum edib, yaralananlar var
Bu gün rezidenturaya qəbul imtahanının 2-ci mərhələsi keçiriləcək
Cəmiyyət 08:50
Bu gün rezidenturaya qəbul imtahanının 2-ci mərhələsi keçiriləcək
Şəmkirdə istixana yanıb
Cəmiyyət 23:24
Şəmkirdə istixana yanıb
Ağdamda yanğın başlayıb
Cəmiyyət 23:20
Ağdamda yanğın başlayıb
Tərtərdə it sahibini parçalayıb
Cəmiyyət 20:31
Tərtərdə it sahibini parçalayıb
Ağstafada avtomobil təmir sexinə çırpılıb, xəsarət alanlar var
Cəmiyyət 20:01
Ağstafada avtomobil təmir sexinə çırpılıb, xəsarət alanlar var
Abşeron dairəvi marşrutu üzrə qatarların iş günü qrafikində dəyişikliklər edilir
Cəmiyyət 19:00
Abşeron dairəvi marşrutu üzrə qatarların iş günü qrafikində dəyişikliklər edilir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol