“ASAN İmza” sertifikatlarının sayı 24% azalıb

2025-ci ilin yanvar-iyul aylarında Azərbaycanda 281 510 ədəd “ASAN İmza” elektron imza sertifikatı verilib. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat verilib.
Rəsmi statistikaya görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 24,4% azalma deməkdir. Hesabat dövründə 184 978 müraciət əsasında “ASAN İmza” təqdim olunub ki, bu da illik müqayisədə 17,8% azdır.
“ASAN İmza” elektron imza sistemində üç növ sertifikat mövcuddur: fiziki şəxslər (vətəndaşlar), hüquqi şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, eləcə də dövlət qulluqçuları üçün nəzərdə tutulmuş sertifikatlar. Fiziki şəxslərə verilən sertifikatlar şəxsi istifadə üçündür, digər iki kateqoriya isə sahibkarlıq və ya dövlət qurumlarını təmsil etmək hüququ verir.
Elektron imza sertifikatlarının etibarlılıq müddəti 3 ildir.
Aytac