Paşinyan və İran Prezidenti regionda sülh və kommunikasiyaları müzakirə ediblər

Ermənistanın Baş naziri Nikol Paşinyan və İran İslam Respublikasının yeni seçilmiş Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı baş tutub. Bu barədə Ermənistan hökumətindən məlumat verilib.
Paşinyan telefon söhbəti zamanı 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilmiş Ermənistan-Azərbaycan danışıqlarının nəticələri barədə İran tərəfini məlumatlandırıb və əldə olunmuş razılaşmaların region üçün yeni imkanlar yaratdığını bildirib.
Ermənistanın hökumət başçısı qeyd edib ki, regional kommunikasiya xətlərinin açılması ölkələrin ərazi bütövlüyü, suverenliyi və yurisdiksiya prinsipləri əsasında, qarşılıqlılıq prinsipi ilə həyata keçirilməlidir.
Paşinyan, həmçinin, İran Prezidentinə Vaşinqton razılaşmalarına obyektiv yanaşmasına görə təşəkkür edib və Pezeşkianın Ermənistana gözlənilən səfərinin əhəmiyyətini vurğulayıb.
Gülnar