• $ 1.7
  • € 1.9827
  • ₽ 0.021317
  • ₺ 0.0416
  • £ 2.3029

Narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib

Narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib
16.08.2025 17:02

Nizami Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən avtomobili dövlət qeydiyyat nişanı olmadan, xüsusi səs və sayrışan işıqlardan istifadə edərək, eləcə də nəqliyyat vasitəsinin şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklər (plyonka) çəkən “Opel” markalı avtomobilin sürücüsünə “saxla” işarəsi verilib.

Sürücü Vasif Hüseynli polisin qanuni əmrinə tabesizlik göstərərək ərazidən yayınmağa çalışsa da yol polisləri tərəfindən görülən tədbirlər nəticəsində saxlanılıb. Sürücünün bu hərəkətləri və abtomobili dövlət qeydiyyat nişanı olmadan idarə etməyi müşahidə kameraları vasitəsi ilə də görüntülənib.

Tibbi müayinə zamanı həmçinin, sürücünün avtomobili narkotik vasitənin təsiri altında idarə etdiyi də müəyyən olunub. Həmçinin, sürücünün avtomobilinə baxış zamanı əsa formasında xüsusi olaraq hazırlanmış qadağan olunan kəsici-deşici alət olan xəncər də aşkarlanıb.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə V.Hüseynli 20 sutka inzibati qaydada həbs edilib.

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Balakəndə camış sahibini vuraraq öldürüb
Cəmiyyət 18:43
Balakəndə camış sahibini vuraraq öldürüb
Müğənni Rəqsanə İsmayılova həbs edilib
Cəmiyyət 18:09
Müğənni Rəqsanə İsmayılova həbs edilib
Narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib
Cəmiyyət 17:02
Narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib
Vidadi Babanlı vəfat edib
Cəmiyyət 16:11
Vidadi Babanlı vəfat edib
Bakıda maşının şüşəsini qəsdən sındıran şəxs saxlanılıb - Video
Cəmiyyət 14:22
Bakıda maşının şüşəsini qəsdən sındıran şəxs saxlanılıb - Video
Çimərliklərdə hava necə olacaq?
Cəmiyyət 13:52
Çimərliklərdə hava necə olacaq?
Sabahın hava proqnozu
Cəmiyyət 13:10
Sabahın hava proqnozu
Xəzər dənizində zəlzələ olub
Cəmiyyət 11:49
Xəzər dənizində zəlzələ olub
Aeroport yolunda qəza baş verib
Cəmiyyət 11:14
Aeroport yolunda qəza baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol